UNIFIL Livanın cənubunda aldığı yaralardan ölən hərbçi barədə məlumat yayıb

2024/10/45ff9-1730264228.jpg
Oxunub: 368     16:30     24 Aprel 2026    
Livandakı BMT Sülhməramlı Qüvvələri (UNIFIL) bildirib ki, indoneziyalı hərbçi Riko Pramudiya martın 29-da Adçit əl-Quseyrdə yerləşən bazasına mərmi düşməsi nəticəsində aldığı yaralardan ölüb.

Ordu.az xəbər verir ki, hücum zamanı UNIFIL bazaya düşən mərminin mənşəyini bilmədiyini bildirmişdi.

Həmin hücum nəticəsində daha bir hərbçi həlak olmuşdu.

“Tərəflərin hamısından beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirmələrini və hər zaman BMT personalı ilə əmlakının təhlükəsizliyini təmin etmələrini tələb edirik. Sülhməramlılara qarşı qəsdən hücumlar beynəlxalq humanitar hüququn və Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi pozuntusudur və “müharibə cinayəti” hesab oluna bilər”, - deyə təşkilat bildirib.

UNIFIL bundan əvvəl həm son müharibə zamanı, həm də 2024-cü il İsrail-“Hizbullah” qarşıdurması dövründə İsraili BMT sülhməramlı bazalarına hücumlara görə sərt şəkildə qınamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UNIFIL   Livan  


Bizi "telegram"da izləyin