“İsrail və ABŞ 20 ildən çoxdur ki, dünyanı İranın nüvə proqramı ilə qorxudurdu” - Bəqai

2025/06/1751271322.jpg
Oxunub: 440     23:36     23 Aprel 2026    
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrail və ABŞ-ni ittiham edərək bildirib ki, onlar 20 ildən çoxdur İranın nüvə proqramı ilə bağlı bəyanatlarla dünyanı “qorxudublar”.

Ordu.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bəqainin sözlərinə görə, Tehran danışıqlara hazırlaşsa da, “ölkə istənilən ssenariyə tam hazır olmalıdır”.

O, həmçinin İranın nüvə fəaliyyəti ilə bağlı narahatlıqları təkzib edərək bildirib ki, bunların real əsası yoxdur.

“Ötən ilin iyununda baş vermiş 12 günlük müharibəyə baxmayaraq, danışıqlar prosesinə qoşulmaq barədə qərar qəbul edildi və son mərhələdə onların baxımından narahatlıqları aradan qaldırmaq, bizim baxımımızdan isə İranın nüvə hüquqlarını təmin etmək üçün ilkin anlaşmanın bəzi əsas parametrləri üzrə razılıq əldə olundu”, - deyə Bəqai bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqai   İran  


Bizi "telegram"da izləyin