Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“[İsrail hərbçiləri] həm müdafiəyə, həm də hücuma hazırdır və hədəflər müəyyən edilib. Biz ABŞ-nin “yaşıl işığını” gözləyirik ki, ilk növbədə Xameneyinin sülaləsinin aradan qaldırılmasını başa çatdıraq... və bundan əlavə, əsas enerji və elektrik təchizatı obyektlərini məhv etməklə, milli iqtisadi infrastrukturunu sökərək İranı qaranlıq zamanlara və daş dövrünə qaytaraq”, - deyə deyə Kats videomüraciətində bildirib.
2026-cı il fevralın 28-də başlayan ABŞ-İsrail hərbi hücumu nəticəsində İranın ali rəhbəri Əli Xameneyi öldürülmüşdü, sonradan onun oğlu həmin vəzifədə onu əvəz etmiş, lakin o da yaralanmışdı.
“Bu dəfə hücum yenidən başlayanda o, başqa cür və ölümcül olacaq, ən həssas nöqtələrə dağıdıcı zərbələr daha da artırılacaq. Bunlar İranın terrorçu rejiminə artıq endirilmiş güclü zərbələrdən sonra onun təməllərini sarsıdıb dağıdacaq”, - deyə Kats bildirib.
Sevinc Əliyeva
Ordu.az