Ordu.az xəbər verir ki, bu barədə “Ntv” məlumat yayıb.
“Biz buna hazırıq və lazım gələrsə, uyğun vaxtda bu barədə məlumat verəcəyik”, - deyə ölkənin Baş naziri Ulf Kristersson bildirib.
Baş nazirin sözlərinə görə, müharibənin İsveç iqtisadiyyatına təsiri son dövrdə güclənib. Əvvəlcə “məhdud nəticələr” kimi qiymətləndirilən təsirlər indi “əhəmiyyətli” xarakter alıb və inflyasiyanın artması, iqtisadi inkişafın isə ləngiməsi riski yaranıb.
Maliyyə naziri Elizabet Svanteson “çox uzun müddətdən bəri ən ağır enerji böhranı”ndan danışıb. O bildirib ki, müharibə uzanacağı təqdirdə “yanacağın normalaşdırılması məsələsinə baxıla bilər, lakin ilkin mərhələdə biz yanacaqdan qənaətlə istifadə olunmasına dair tövsiyələrlə çıxış edəcəyik”.
Nazir əlavə edib ki, üstünlük ictimai nəqliyyata verilməlidir. Bundan başqa, onun sözlərinə görə, ölkəyə enerji istehsalını artırmaq da lazım gələ bilər. O, variantlar kimi günəş, külək, hidro və atom energetikasını göstərib.
Sevinc Əliyeva
Ordu.az