Ordu.az xəbər verir ki, bu barədə İtaliya Baş naziri Baş nazir Corciya Meloni bildirib.
Çarmıxa çəkilmiş İsanın heykəli Livanın cənubundakı, İsraillə sərhəddə yerləşən xristian Debl kəndində quraşdırılmışdı.
Meloni bəyanatında BMT-nin sülhməramlı qüvvələrinin (UNIFIL) İtaliya kontingentinə “Livanın Debl kəndinə yeni çarmıx heykəli hədiyyə etmək qərarına görə” təşəkkür edib. O bildirib ki, yeni heykəlin quraşdırılması “ümid, dialoq və sülhün güclü mesajına” çevrilib.
Ötən həftə İsrail ordusu bəyan etmişdi ki, heykəlin dağıdılması səbəbindən iki əsgər 30 günlük hərbi həbs cəzası alacaq və döyüş xidmətindən uzaqlaşdırılacaq. “Hadisə yerində olan və insidentin qarşısını almaq və ya bu barədə məlumat vermək üçün heç bir addım atmayan” daha altı əsgər isə izahat verməyə çağırılıb.
Sevinc Əliyeva
Ordu.az