Ordu.az xəbər verir ki, 2006-cı ildə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarına yönəlmiş milli, müstəqil və orijinal yüksək texnologiyalı sistemlər hazırlamaq məqsədilə yaradılan şirkət ötən 20 il ərzində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm uğurlara imza atıb.
Bu gün 350-dən çox əməkdaşı ilə fəaliyyətini davam etdirən “Meteksan Savunma” Ankaradakı baş qərargahı və İstanbuldakı ofisi ilə yanaşı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki ofisləri vasitəsilə də qlobal miqyasda böyüməsini davam etdirir. Şirkət radar və radioelektron mübarizə sistemlərindən sonar texnologiyalarına, təlim simulyatorlarından platforma alt sistemlərinə qədər geniş sahədə hazırladığı məhsullarla dost və müttəfiq ölkələrin ehtiyaclarına cavab verməyi davam etdirir.
20 illik səyahətdə hazırlanmış məhsul ailələri və əldə olunan uğurlar
Yarandığı gündən etibarən AR-GE yönümlü böyümə strategiyası izləyən “Meteksan Savunma” erkən dövrdə radar texnologiyaları və simulyator sistemləri ilə sektora daxil olarkən, sonrakı illərdə sualtı akustika, veri bağı sistemləri və radioelektron mübarizə sahəsində kritik layihələrə imza atdı. Şirkət 2009-cu ildə Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən “Sualtı Akustika Mükəmməllik Mərkəzi” yanaşması ilə vəzifələndirilərək sonar sistemləri sahəsindəki səriştəsini təsdiqlədib.
“Meteksan Savunma” ROKETSAN-ın bir çox raket platformasının məlumat bağlantısı, radar altimetri, qarışdırmaya qarşı dayanıqlı qlobal mövqeləndirmə sistemləri, TUSAŞ-ın pilotsuz uçuş aparatlarının veri bağı və radar sistemləri, MİLGEM korvetlərinin sonar sistemi kimi Türkiyənin strateji müdafiə layihələrinə töhfə verən həllər hazırlayarkən, fəaliyyət göstərdiyi sahələrdə əsas podratçıların etibarlı həll tərəfdaşı mövqeyini möhkəmləndirdi.
Sərhəd təhlükəsizliyi üçün “Retinar” PTR quru müşahidə radarı, pilotsuz uçuş aparatı təhdidlərinə yönəlmiş KAPAN pilotsuz uçuş aparatından müdafiə sistemi, MERT və MERTER radioelektron hücum sistemləri, SEYMEN naviqasiya radioelektron mübarizə sistemi kimi məhsulları ilə radar və radioelektron mübarizə sahəsində, sualtı sonarları və sualtı aşkarlama sistemləri kimi məhsulları ilə dəniz sistemləri sahəsində, yara müdafiəsi, yanğınsöndürmə və helikopterdən xilasetmə simulyatorları ilə də təlim simulyatorları sahəsində hazırladığı qabaqcıl texnologiyalı məhsulları Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun olaraq uğurla təhvil verib.
İxrac sahəsində də mühüm uğurlara imza atan şirkət Yaxın Şərq, Avropa, Asiya və Afrika başda olmaqla bir çox coğrafiyaya radar, sonar, simulyator və rabitə sistemləri ixrac edib. Bu günə gəldikdə, “Meteksan Savunma”nın məhsulları 30-a yaxın ölkədə uğurla istifadə olunmağa davam edir.
2025: Qlobal əməkdaşlıqlar və yüksək texnologiya atılımı
2025-ci il “Meteksan Savunma” baxımından beynəlxalq əməkdaşlıqların gücləndiyi və qabaqcıl texnologiyalı həllərin sahəyə əks olunduğu il olub. Birləşmiş Ərəb Əmirlikləri mərkəzli ADASI ilə imzalanan müqavilə çərçivəsində GARMOOSHA pilotsuz uçuş aparatına MILSAR SAR/MTI radarının inteqrasiyası uğurla tamamlanıb və təhvil həmin il ərzində həyata keçirilib.
Avropa Komissiyası tərəfindən dəstəklənməyə layiq görülən “Horizon Europe” proqramı çərçivəsindəki layihə ilə “Meteksan Savunma” təbii fəlakətlərdən sonra kritik infrastrukturun təhlükəsizliyini artırmağa yönəlmiş yüksək texnologiyalı platformanın hazırlanmasında mühüm rol oynayıb. Bu layihə çərçivəsində MILSAR radarı ilə təmin olunan yüksək ayırdetməli SAR görüntüləmə qabiliyyəti sayəsində sahədən real vaxt rejimində məlumat toplanaraq erkən xəbərdarlıq mexanizmlərinin gücləndirilməsi təmin ediləcək.
Şirkət həmçinin simulyator sistemlərini vahid çətir altında birləşdirən yeni SIMETRAN markasını elan edərək təlim texnologiyalarında yeni strukturlaşmaya gedib. SUVDES sualtı qayıq və sualtı vasitə aşkarlama sisteminin təqdimatı ilə sualtı təhlükəsizlik sahəsindəki səriştəsini daha yüksək səviyyəyə qaldıran “Meteksan Savunma” elə həmin il ərzində müasir istehsal və inteqrasiya müəssisəsini istifadəyə verərək yerli istehsal gücünü əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, Asiya ölkələrindən birinin sualtı qayıq modernizasiyasına yönəlmiş imzalanan müqavilə çərçivəsində hazırlanan milli sonar sistemlərinin inteqrə olunmuş sonar kompleksi kimi ixrac edilməsi Türkiyənin bu sahədə ilk ixrac uğurlarından biri kimi ön plana çıxıb.
Baş direktor Adil Baktırdan qiymətləndirmə və 2026-cı il vizyonu
“Meteksan Savunma”nın baş direktoru Adil Baktır 20-ci il münasibətilə verdiyi qiymətləndirmədə bunları deyib: “Geridə qoyduğumuz 20 il ərzində mühəndislik gücümüz və innovativ yanaşmamızla ölkəmizin müdafiə sənayesi ekosisteminə dəyər qatmağı bacardıq.
Xüsusilə 2025-ci il beynəlxalq əməkdaşlıqlarımızı dərinləşdirdiyimiz, xüsusilə ROKETSAN və TUSAŞ-ın subpodratçısı kimi yeni nəsil pilotsuz uçuş aparatı və raket platformalarına alt sistemlərimizin inteqrasiyasına ağırlıq verdiyimiz, bu çərçivədə kritik təhvil həyata keçirdiyimiz və AR-GE yatırımlarımızı qlobal miqyaslı layihələrlə taclandırdığımız dövr oldu.
Bu gün “Meteksan Savunma” Milli Müdafiə Nazirliyimizin və Müdafiə Sənayesi Komitəsinin öncüllüyü ilə başladılan layihələr vasitəsilə illər ərzində inkişaf etdirib yetkinləşdirdiyi 20-dən çox məhsul ailəsinə sahib, Türkiyənin müdafiə elektronikası sahəsində ən böyük özəl sektor qurumlarından birinə çevrilib. Bağlı olduğumuz Bilkent Universiteti və “Bilkent Holding”in dəyərləri istiqamətində fəaliyyətimizi davam etdirərkən, ölkəmizin təhlükəsizliyi üçün böyük əzm və qürurla çalışmağı davam etdiririk.
Bundan sonra da NATO standartlarında hazırladığımız qabaqcıl texnologiyalı həllər və xərc baxımından səmərəli məhsul portfelimiz ilə həm Türkiyə Silahlı Qüvvələrinin, həm də dost və müttəfiq ölkələrin dəyişən ehtiyaclarına yönəlmiş etibarlı sistemlər təqdim etməyi davam etdirəcəyik. Əməliyyat sahəsində fəal şəkildə istifadə olunan və performansını sübut etmiş sistemlərimiz, güclü istehsal infrastrukturumuz və yüksək istehsal gücümüz sayəsində layihələrimizi xərc baxımından səmərəli, vaxtında və etibarlı şəkildə təhvil verməyi davam etdirəcəyik.
Yerli və milli mühəndislik qabiliyyətlərimizlə innovativ və dayanıqlı həllər hazırlayarkən, eyni zamanda geniş yerli təchizatçı şəbəkəmizlə müdafiə sənayesi ekosistemimizin inkişafına töhfə verməyi və ölkəmizin müdafiə sənayesi ixracına daha çox dəyər qatmağı strateji məsuliyyət kimi görürük”.
Gələcəyə güclü addımlar
“Meteksan Savunma” qarşıdakı dövrdə də qabaqcıl texnologiyalarda dərinləşməyi, xaricdəki mövcudluğunu artıraraq qlobal brendə çevrilməyi və müdafiə sənayesində etibarlı həll tərəfdaşı mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az