“Airtificial” ilə TUSAŞ arasında HÜRJET üçün 16 milyon avroluq saziş imzalanıb

2026/04/1776967463.jpg
Oxunub: 596     21:51     23 Aprel 2026    
İspaniyanın müdafiə və aviasiya şirkəti “Airtificial” “Türkiyə Aviasiya və Kosmos Sənayesi Şirkəti” (TUSAŞ) ilə “Hürjet” təlim təyyarəsi üçün uçuş idarəetmə qollarının (stick) istehsalına dair 16 milyon avronu ötən müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, saziş çərçivəsində istehsal ediləcək sistemlər İspaniya Hərbi Hava və Kosmik Qüvvələrinin inventarındakı F-5 təyyarələrini əvəz edəcək “Hürjet” proqramında istifadə olunacaq.

Təhvillər qarşıdakı beş il ərzində mərhələli şəkildə həyata keçiriləcək. “Airtificial” daha əvvəl daha kiçik miqyaslı müqavilələrlə “Hürjet” üçün oxşar sistemlər hazırladığını və yeni müqavilə ilə birlikdə ilk təhvilə başladığını açıqlayıb. İspaniyanın Müdafiə Nazirliyi isə TUSAŞ və “Airbus” tərəfdaşlığı ilə 30 ədəd qabaqcıl təlim təyyarəsi tədarük etməyi planlaşdırır. Proqramın büdcəsi 2,6 milyard avrodur və ilk təhvilin 2028-ci ildə başlaması nəzərdə tutulur.

Sevilyadakı müəssisələrdə istehsal olunacaq uçuş idarəetmə qolları “fly-by-wire” texnologiyası və qabaqcıl elektron sistemləri ehtiva edir. Kritik əhəmiyyət daşıyan bu komponentlər müxtəlif əməliyyat rejimlərində işləyərək uçuş təhlükəsizliyini təmin edir və beynəlxalq sertifikatlaşdırma standartlarına cavab verir. Müqavilə “Airtificial”ın müdafiə sahəsində önəmli layihələrindən biri kimi seçilir, eyni zamanda şirkətin qlobal təchizat zəncirindəki mövqeyini də gücləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airtificial   TUSAŞ  


Bizi "telegram"da izləyin