Böyük Britaniya Ukraynaya qarşı Rusiyanın hücumundan sonra Birləşmiş Ekspedisiya Qüvvələrinin yaradılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüsə Danimarka, Estoniya, Latviya, Litva, Niderland, Norveç, İsveç, Finlandiya və İslandiya daxildir. Şimali Atlantikada və Baltik dənizi hövzəsində təlimlərin keçirilməsi ilə bağlı siyasi qərar təşəbbüsə üzv ölkələrin liderləri tərəfindən ötən il Helsinkidə keçirilən qeyri-rəsmi sammitdə qəbul edilib. Xarici İşlər Nazirliyinin reaksiyası ilə paralel olaraq TASS Rusiya prezidenti Vladimir Putinin bəyanatını da xatırladıb. Həmin bəyanata görə, “Kalininqradın blokadası misli görünməmiş gərginliyə gətirib çıxaracaq və bölgədəki bütün təhdidlər məhv ediləcək”.
Kalininqradın blokadası və Baltik dənizi hövzəsində NATO ilə toqquşma ehtimalı Rusiya mətbuatında ilk dəfə müzakirə olunmur, lakin Ukrayna müharibəsinə Belarusun cəlb olunması planları ilə bağlı son hadisələr Avropanın şimalında hərbi qarşıdurmanı sanki daha predmetli edir. Daha geniş mənada isə rəqabət, əlbəttə ki, ticarət və rabitə kommunikasiya xətlərinə nəzarət uğrunda gedir. Finlandiya və İsveçin NATO-ya üzvlüyü Rusiya üçün Baltik dənizində çox ciddi problemlər yaradıb.
Bir neçə onillik əvvəl təsviredilməz olan Avropada genişmiqyaslı müharibə bu gün tamamilə mümkün ssenari kimi qiymətləndirilir. Xüsusilə də nəzərə alaq ki, artıq beşinci ildir Ukrayna Rusiyanın təcavüzünə müqavimət göstərir. Rusiya xarici işlər nazirinin müavini Qruşkonun bəyanatı Avropa İttifaqında Ukraynaya 90 milyard avro kredit ayrılması ilə bağlı müzakirələrdə irəliləyişdən sonra səslənib. Birləşmiş Ekspedisiya Qüvvələrinin yaradılması üzrə siyasi sazişdə vurğulanır ki, təşəbbüsə üzv ölkələr “Ukraynaya dəstəyə sadiqdirlər”. Əgər “Kalininqrad təhdidlərinin məhv edilməsi” barədə əvvəlcədən hazırlanmış yanaşmanı əsas götürsək, Rusiya yenidən Avropanı taktiki nüvə silahı ilə hədələyir.
Asif Cəfərov
Ordu.az