Ordu.az xəbər verir ki, bu barədə dəniz kəşfiyyatı ilə məşğul olan "Tankers Trackers" müstəqil şirkəti peyk görüntülərinə əsasən məlumat yayıb.
"Peyk görüntülərinə əsasən, bu gün Çabahar limanında 9 İran neft tankeri görünür", - məlumatda bildirilib və əlavə edilib ki, aprelin 21-i bu limanda 5 neft tankeri olub:
"Son iki gün ərzində İranın 4 neft tankeri ABŞ blokadasından uğurla keçərək İslam Respublikasının ərazi sularına daxil olub".
Qeyd edək ki, aprelin 22-də ABŞ Hörmüz boğazının bağlanması səbəbindən yanacaq qıtlığı yaşayan ölkələrin xahişi ilə Rusiya və İran neftinin dəniz yolu ilə tədarükünə tətbiq edilən sanksiyaların yumşaldılmasını 30 gün müddətinə uzadıb.
Ordu.az