Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb

2026/04/1776959322.jpg
Oxunub: 392     19:31     23 Aprel 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona səfəri çərçivəsində britaniyalı həmkarı İvett Kuper ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Hakan Fidan London səfəri çərçivəsində Birləşmiş Krallığın xarici işlər naziri İvett Kuper ilə bir araya gəlib", - XİN-in məlumatında bildirilib.

Görüş zamanı Türkiyə ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Britaniya  


Bizi "telegram"da izləyin