Niderland kəşfiyyatı milli təhlükəsizlik üçün ən ciddi təhlükə barədə açıqlama verib

2026/04/thumb-1776958897.jpg
Oxunub: 435     19:33     23 Aprel 2026    
Niderland İkinci Dünya müharibəsinin başa çatmasından etibarən milli təhlükəsizliyinə yönələn ən ciddi təhdidlə üz-üzədir. Bu təhlükə əsasən Rusiya və Çinlə, həmçinin daha qeyri-sabit və gözlənilməz qlobal nizam fonu ilə bağlıdır.

Ordu.az xəbər verir ki, bu barədə Niderlandın Kəşfiyyat və Təhlükəsizlik Xidməti (AIVD) məlumat yayıb.

“Fəaliyyət göstərdiyimiz 80 il ərzində milli təhlükəsizliyin eyni anda bu qədər çox tərəfdən və bu qədər uzun müddət təzyiq altında qaldığı indiki səviyyədə təhdidlə qarşılaşmamışdıq. Biz onilliklərlə davam edən sabitlik və proqnozlaşdırıla bilənlikdən sonra qeyri-sabit və gözlənilməz qlobal nizamın formalaşdığını görürük. Halbuki həmin sabitlik və proqnozlaşdırıla bilənlik rifahın və sülhün əsası idi”, - deyə AIVD-nin direktoru Simona Smit qurumun illik hesabatının təqdimatı zamanı bildirib.

Əvvəlki illərdə olduğu kimi, Niderlandın Kəşfiyyat və Təhlükəsizlik Xidməti də ölkənin NATO və Avropa İttifaqının təsisçi üzvlərindən biri kimi Rusiya və Çindən gələn təhdidlərlə üzləşdiyini vurğulayıb.

Kəşfiyyatın hesabatında qeyd olunur ki, Rusiya Qərb ölkələrinə, o cümlədən Niderlanda qarşı daha da aqressiv davranmağa başlayıb. Bu, əsasən kiberhücumlarla bağlıdır.

Hesabatda vurğulanır ki, Rusiya Qərblə uzunmüddətli qarşıdurmaya hazırlaşır. Nəticə etibarilə, Rusiya ilə Qərb arasında hərbi münaqişə artıq ağlasığmaz görünmür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Təhlükəsizlik  


Bizi "telegram"da izləyin