İsrail “Hizbullah”ı əsgərlərinə doğru raket atmaqda ittiham edib

2026/04/1775073068.jpg
Oxunub: 441     19:22     23 Aprel 2026    
İsrail ordusu (SAXAL) bəyan edib ki, “Hizbullah” hərəkatının döyüşçüləri bu gün Livanın cənubunda fəaliyyət göstərən SAXAL hərbçilərinə doğru tank əleyhinə raket buraxıblar.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bəyanata görə, tank əleyhinə raket SAXAL hərbçilərinin yaxınlığına düşüb, lakin hadisə nəticəsində heç kim xəsarət almayıb.

Bununla yanaşı, İsrail ordusunda qeyd ediblər ki, bu, İsrail ilə Livan arasında razılaşdırılmış atəşkəs rejiminin pozulmasıdır.

İsrail və “Hizbullah” son günlər dəfələrlə atəşkəs rejiminin pozulması ilə bağlı qarşılıqlı ittihamlar səsləndiriblər, livanlı jurnalist Amal Xəlil isə dünən İsrail aviazərbəsi nəticəsində həlak olub.

İsrail ordusu zərbə endirilməsi faktını qəbul edib, lakin bunun jurnalistlərə qarşı qəsdən edilmədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin