İtaliya Hörmüzün minalardan təmizlənməsinə kömək etmək üçün dörd gəmi göndərəcək

2026/04/1776163184.jpg
Oxunub: 397     18:32     23 Aprel 2026    
İtaliya Hörmüz boğazının minalardan təmizlənməsi üzrə beynəlxalq missiya çərçivəsində dörd gəmi göndərməyə hazırdır.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İtaliya Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi Cuzeppe Berutti Berqotto bildirib.

"Plan iki mina əleyhinə gəmi, bir müşayiət gəmisi və bir maddi-texniki təminat gəmisindən ibarət qrupun yerləşdirilməsini nəzərdə tutur", - HDQ-nin qərargah rəisi bildirib.

Berqotto qeyd edib ki, İtaliya həmçinin mina əleyhinə gəmilər göndərən beynəlxalq koalisiyanın bir hissəsidir. Bu koalisiyanın tərkibinə daxil olan Böyük Britaniya, Fransa, Belçika və Niderland minalardan təmizləmə imkanlarına malikdir.

O, həmçinin bildirib ki, İtaliya gəmiləri şimal-qərbdəki La-Spesiya limanından yola düşəcək və əməliyyat bölgəsinə qədər təxminən dörd həftə yol gedəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Hörmüz  


Bizi "telegram"da izləyin