“Nikol Paşinyanın keçmiş arvadı Anna Hakopyan yaxın çevrəsində səmimi danışaraq tövsiyə edib ki, onların ayrılmasına baxmayaraq, o, birmənalı şəkildə Paşinyanın yenidən seçilməsinin tərəfdarıdır və yaxınlarına da eyni mövqeni məsləhət görür”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
“Ona yaxın mənbələrin bildirdiyinə görə, Anna Hakopyan yaxınlarının yanında belə deyib: “Bizim münasibətlərimiz sizin Baş nazirə münasibətinizin dəyişməsinə təsir göstərməsin, mən öz vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və səsimi birmənalı şəkildə fəaliyyətdə olan Baş nazirə verəcəyəm”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Paşinyan
Hakobyan