Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan sosial şəbəkələrdə yazıb.
“2025-ci il sazişinin Azərbaycanla imzalanması sülhü bərqərar edib, bu, xalqlarımız üçün etimad, əməkdaşlıq və real irəliləyiş yolunu açan tarixi addımdır. Ermənistan bu sülhün möhkəmləndirilməsinə, dialoqun irəli aparılmasına və bunun yerlərdə real imkanlara çevrilməsinə sadiq qalır. Biz hesab edirik ki, real barışığa nail olmaq üçün humanitar məsələlərin həlli də tələb olunur. Biz regional tərəfdaşlıqları, o cümlədən Türkiyə ilə tərəfdaşlığı dərinləşdirməyə və sabitliyin, qarşılıqlı bağlılığın və ümumi rifahın üstünlük təşkil etdiyi gələcək qurmağa hazırıq”, - deyə Simonyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az