“TRIPP çox böyük sual altındadır, bu müharibə TRIPP ilə bağlı çox suallar yaratdı” - Köçəryan

2026/03/1773150242.jpg
Oxunub: 473     14:21     16 Aprel 2026    
“İran öz gücünü, öz imkanlarını hiss etdi və göstərdi ki, bəli, o, öz dövlətçiliyi uğrunda mübarizə aparmağa hazırdır”.

Ordu.az xəbər verir ki, bunu növbəti podkast zamanı Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan bildirib.

“TRIPP (Zəngəzur dəhlizi-red.) çox böyük sual altındadır və bu müharibə TRIPP-ə münasibətdə çox-çox daha artıq suallar yaratdı”, - deyə o bildirib.

Hakimiyyətin seçki kampaniyasının əsas dayağının TRIPP olması barədə qeydə münasibət bildirən Köçəryan belə cavab verib: “Yoxdur, o dayağın beli qırılıb. Mən onların apardığı seçki kampaniyasını izləyirəm. Siz haradasa məzmunlu müzakirə eşitmisinizmi, görmüsünüzmü? Yoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin