Ermənistana tədarük olunan Rusiya benzini bahalaşacaq?

2026/04/1776330224.jpg
Oxunub: 383     13:01     16 Aprel 2026    
Yaxın Şərqdə davam edən münaqişənin təsiri nəticəsində neftin və neft məhsullarının dünya qiymətlərində artım fonunda Avrasiya İqtisadi Birliyi ölkələrinə, o cümlədən Ermənistana ixrac olunan Rusiya benzini və dizel yanacağının bahalaşması üçün zəmin yaranır.

Ordu.az xəbər verir ki, bu, “Open Oil Market” biznes platformasının, yəni neft məhsulları və digər xammal mallarının alqı-satqısı üçün nəzərdə tutulmuş “marketplace”in təsisçisi Sergey Teryoşkinin “Sputnik Ermənistan”a yazılı şəkildə təqdim etdiyi mövqedir.

Ermənistan KİV-ləri yazır ki, Rusiya neft məhsullarının bahalaşması, əlbəttə, müəyyən dərəcədə Yaxın Şərqdə baş verən hadisələrlə bağlıdır, lakin əsas səbəb yenə başqadır, rusiyalı istehsalçılar son bir neçə ay ərzində büdcəyə “dempfer mexanizmi” adlanan sistem çərçivəsində ödədikləri məbləğləri kompensasiya etmək istəyirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin