Beynəlxalq səyyahlar Şuşaya səfər edib

2024/09/1727161841.jpg
Oxunub: 355     17:46     26 Mart 2026    
Beynəlxalq səyyahlar Şuşaya səfər edib.

Ordu.az xəbər verir ki, səyyahlar şəhərin tarixi və mədəni görməli yerləri ilə tanış olacaqlar.

Onlara həmçinin şəhər işğaldan azad edildikdən sonra aparılan bərpa işlərinin gedişatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradılacaq.

Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyahlar qrupudur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beynəlxalq-səyyahlar   Şuşa  


Bizi "telegram"da izləyin