Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, hakimiyyət korrupsiyaya qarşı mübarizədə daha qətiyyətli və sistemli dəyişikliklərə, o cümlədən yerli özünüidarəetmə səviyyəsində getməlidir.
“Biz çox vaxt lazımi qətiyyət göstərmirik. Biz qətiyyətli və ardıcıl olmalıyıq”, - deyə Paşinyan bildirib.
Ermənistan Baş naziri keçmiş komanda yoldaşı, deputat Hakob Aslanyan ətrafında baş verənləri demokratiyanın təzahürü adlandırıb.
Onun sözlərinə görə, demokratiya həm də insanların öz səviyyəsini göstərməsi üçündür. “Demokratiya bu məqsədlərə də xidmət edir”, - deyə Paşinyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az