Ölmüş erməni hərbi qulluqçuların valideynləri prokurorluğa müraciət edir: “Paşinyan cavab verəcək”

2026/03/Ekran-1774525744.jpg
Oxunub: 339     15:53     26 Mart 2026    
44 günlük müharibədə ölmüş erməni hərbi qulluqçuların valideynlərindən ibarət “Oğulların çağırışı” İctimai Təşkilatının üzvləri Ermənistan Baş Prokurorluğu qarşısında etiraz aksiyası keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar Baş nazir Nikol Paşinyanın bir gün əvvəl parlamentdə səsləndirdiyi fikirlərlə bağlı prokurorluğa cinayət haqqında müraciət təqdim etmək istəyirlər. Paşinyan parlamentdə demişdi: “2020-ci ildə biz şüurlu şəkildə qurban getdik və bunun nəticəsində dövlət və müstəqillik əldə etdik. Ondan əvvəlki qurbanların müəllifi biz olmamışıq, öz maraqları naminə bizi aparıb qurban veriblər. İlk dəfə biz öz maraqlarımız, dövlətimiz, kimliyimiz və gələcəyimiz üçün qurban getdik”.

Aksiya iştirakçıları prokurorluğun qarşısında imzatoplama apararaq müvafiq müraciəti rəsmi şəkildə təqdim etməyə çalışıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin