Ermənistanın Baş naziri: “Adətən Rusiya və digər ölkə rəhbərləri ilə görüşləri mən xahiş edirəm”

2026/03/1773688082.jpg
Oxunub: 478     15:45     26 Mart 2026    
“Adətən Rusiya və digər ölkə rəhbərləri ilə görüşləri mən xahiş edirəm, əksinə yox”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O izah edib ki, Rusiyanın, ABŞ-nin, Fransanın, Almaniyanın hansı dövlətlər olduğunu və Avropa İttifaqının nə olduğunu anlayır. “Bəli, görüş xahiş etmişəm və bu, mənim üçün nə ayıb, nə də alçaldıcıdır. Nə qədər görüş olubsa, xatırlamıram ki, başqa təşəbbüslə keçirilsin”, - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, ölkələr arasında “çəki kateqoriyası” fərqi mövcuddur. “Rusiya prezidenti məndən görüş xahiş etməlidir? Aydındır ki, mən xahiş etməliyəm. Və ya Fransa prezidenti görüş istəməlidir? Şəxsi münasibətlər nə qədər isti olsa da, mən istəməliyəm. Mən görüş istəməliyəm, əksini düşünmək reallıq hissini itirmək deməkdir. Bu görüşlər ölkəmizin maraqlarına aid məsələləri müzakirə etmək üçündür”, - deyə o vurğulayıb.

Paşinyan qeyd edib ki, “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin konsessiya idarəçiliyi ilə bağlı konkret müddətlər yoxdur, lakin bu məsələ qeyri-müəyyən də deyil.

“Ümid edirik ki, bu məsələyə tərəfdaşlıq əsasında həll tapacağıq. Əgər Ermənistanla Rusiya arasında qarşılıqlı anlaşma yaranarsa ki, Qazaxıstan şirkəti hər iki tərəf üçün məqbuldur, buna qarşı çıxmarıq. Çünki Rusiya tərəfi hələ “bəli, razıyıq” deməyib. Yəni müzakirələr davam edir və belə ideyalar mövcuddur”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin