Paşinyan müxalif jurnalistə: “Mən seçilməsəm, siz işsiz qalacaqsınız”

2026/03/1774525389.jpg
Oxunub: 482     15:42     26 Mart 2026    
“Mən Baş nazir olmasam, 4 saatdan sonra işiniz olmayacaq, pul qazanmaq üçün bazada növbəyə duracaqsınız”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif mediadan olan jurnalistin sualını cavablandırarkən deyib.

O, həmin jurnalistin “Vətəndaş Müqaviləsi” partiyasına səs verəcəyinə əmin olduğunu, lakin bunu deməyəcəyini, çünki maliyyələşmədən məhrum olacağını bildirib.

“Siz indi başqa cür danışmırsınız, çünki sabahdan maliyyələşməniz kəsiləcək, əgər “Vətəndaş Müqaviləsi”nə səs verməsəniz, yenə də maliyyələşməniz kəsiləcək, çünki fəaliyyətiniz mənasız olacaq. Çünki sizin kimi jurnalistə Ermənistanda ehtiyac olmayacaq. Siz işsiz qalacaqsınız. Sizin işiniz var, çünki mən Baş nazirəm, çünki sizi maliyyələşdirənlərə lazımsınız ki, gəlib bu mikrofon qarşısında dayanasınız, emosional çıxışlar edəsiniz və onlar da desinlər ki, “Baxın necə zəifdir, cavab verə bilmədi”. Amma mənim gücüm kiməsə cavab verməkdə deyil, mənim gücüm legitimlikdədir”, - deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, belə jurnalist normal jurnalist mühitində iş tapa bilməzdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin