Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, xalq nə Robert Köçəryanı, nə də Serj Sarkisyanı heç vaxt seçməyib və onlar heç vaxt legitim rəhbərlər olmayıblar, Levon Ter-Petrosyan isə yalnız bir dəfə seçilib, ondan sonra seçilməyib. “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “son nümayəndələri” ümumiyyətlə legitimliyə malik deyildilər. Onlar kimi təmsil edirdilər, ümumiyyətlə kimi təmsil ediblər, bu sual aydınlaşdırılmalıdır”, - deyə o bildirib.
Paşinyan qeyd edib ki, məhz Levon Ter-Petrosyan Ermənistanı və erməni xalqını bu avantüraya cəlb edib.
Paşinyan qeyd edib ki, hakimiyyət yaxın seçkilərdə də özünü xalqın mühakiməsinə təqdim edəcək, necə ki, bunu 2021-ci ildə ediblər. “Biz xalqın istənilən qərarına itaətlə tabe olacağıq”, - deyə erməni hökumət başçısı vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az