Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, 2023-cü il hadisələrindən sonra Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib, burada döyüş əməliyyatlarının nəticələri təhlil olunub və guya döyüşüblər kimi iddialar, yumşaq deyilsə, reallığa uyğun deyil.
Paşinyan qeyd edib ki, kəşfiyyat məlumatlarına görə, silahların əsas hissəsi (80-90%-i) toxunulmaz qalıb. O, sona qədər döyüş aparıldığı ilə bağlı fikirləri mif adlandırıb. “Lazım gələrsə, həmin məlumatları açıqlayacağıq. Qarabağ danışıqları üzrə sənədlər kimi, uyğun zamanda dərc edəcəyəm. Bu, yalandır, döyüşməyiblər, belə bir şey olmayıb, qaçıblar, gizləniblər”, - deyə erməni hökumət başçısı bildirib.
Onun sözlərinə görə, 44 günlük müharibə zamanı da müəyyən plan çərçivəsində “qaçıblar” ki, bu, Ermənistan hakimiyyətinə xəyanət kimi təqdim edilsin və bu fonda hakimiyyət dəyişikliyi həyata keçirilsin. “Amma bunu edə bilmədilər, çünki nə Ermənistanın, nə də “Qarabağın xalqı”nı təmsil etmirdilər. Onların legitimliyi yox idi”, - deyə Paşinyan qeyd edib.
O vurğulayıb ki, bundan əvvəl hakimiyyətlər siyasi proses üçün şərait yaradıblar, lakin “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “rəhbərliyinin bəzi nümayəndələri” buna nəinki mane olub, hətta hakimiyyət dəyişikliyi həyata keçiriblər və bununla bağlı Ermənistan parlamentində bir-birini təbrik ediblər, halbuki bunun əksinə qiymətləndirmələr və xəbərdarlıqlar olub.
“Cəmi bir həftə sonra baş verən hadisələr baş verdi. Qarabağda etdiklərini sonradan Ermənistanda etmək istəyirlər. Həmin şəxslərin bir hissəsi Ermənistanın hakim dairələrinin və siyasi qüvvələrinin nümayəndələri idi və sözün əsl mənasında Qarabağdan qaçdılar. Üstəlik, məni ittiham edirdilər ki, guya sərhədləri bağlamışıq və insanların çıxmasına imkan vermirik. Mən o vaxt “Qarabağ nümayəndələri”nə xəbərdarlıq etmişdim ki, əgər çıxsanız, bilin ki, artıq geri qayıtmaq imkanı olmayacaq”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az