Nikol Paşinyan: "Ermənistan mayın sonlarında son illərdə alınmış hərbi texnikanı göstərəcək"

2026/03/1773688082.jpg
Oxunub: 320     14:47     26 Mart 2026    
Ermənistan mayın sonlarında son illərdə əldə edilmiş hərbi texnikanı nümayiş etdirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan martın 26-da keçirilən brifinqdə bildirib.

"Qərar qətidir. Mayın 28-də, Respublika Günündə, İrəvandakı Respublika meydanında hərbi paraddan daha çox Ermənistan vətəndaşları qarşısında hesabat xarakterli tədbir keçiriləcək. Biz son illərdə alınmış hərbi texnikanı nümayiş etdirəcəyik", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin