“Qayıdış gündəliyinin çarxını fırlatsaq, regiondan böyük bir hissə itəcək” - Paşinyan

2026/03/1774452174.jpg
Oxunub: 376     13:45     26 Mart 2026    
“2016-cı ilə qədər müharibəni təxirə salmaq üçün bütün resurslar artıq tükənmişdi”.

Ordu.az xəbər verir ki, bunu bu gün hökumətin iclasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“İllər əvvəl deyirdik ki, gəmini sakit limana çatdırmalıyıq, indi onu çatdırmışıq, sadəcə həmin gəminin sərnişinləri olan biz də sakitləşməliyik. Sakitləşmək o deməkdir ki, məskunlaşmalı, yüklərimizi açıb yerləşdirməli və daimi yaşayış rejiminə keçməliyik.

Əks halda, əgər regionumuzda bu qayıdış gündəliyinin çarxını fırlatsaq, regiondan böyük bir hissə itəcək. Bu prosesdə isə kimin ən çox zərər çəkdiyini hamımız bilirik. Burada böyük sirr yoxdur”, - deyə o bildirib.

Bu kontekstdə Paşinyan bugünkü “nailiyyətlər”ə də toxunaraq qeyd edib ki, bu gün “böyük tarixi nailiyyət”dir və bu nailiyyəti böyük dövlətlərin maraqlarına qurban vermək olmaz.

“Çox vacibdir ki, qeyd edək: sülh yalnız müqavilə deyil, həm də psixoloji vəziyyət və sosial-psixoloji mühitdir. Biz başa düşəndə ki, gedəcəyimiz başqa yer yoxdur, yaxın yüzilliklərdə və minilliklərdə bu dövlətin ərazisində yaşayacağıq, məhz o zaman sülh gələcək.

Məhz bu sosial-psixoloji mühit sülhün təminatçısı olacaq və buna görə də dünən parlamentdə dedim ki, sülhün təminatçısı Ermənistan xalqıdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin