Ordu.az xəbər verir ki, bunu bu gün hökumətin iclasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“İstəyirəm hökumətin iclasında qeyd edim və hətta pisləyim ki, Qarabağdan köç etmiş (könüllü-red.) soydaşlarımızı və ümumiyyətlə erməni xalqını qürbətçi vəziyyətində saxlamağa yönəlmiş bütün meyillər mövcuddur.
Biz qayıdış gündəliyindən danışanda, əslində ilk növbədə həmin insanların sakitləşməsinə və məskunlaşmasına imkan vermirik. Bu, çox vacibdir, çünki sülh yalnız müqavilə deyil, sülh insanın sakitləşməsi, artıq çamadanını yığılmış vəziyyətdə saxlamaması deməkdir. Gözləməkdən daha ağır və əzablı bir şey yoxdur. Amma biz xalq olaraq artıq 100 ildən çoxdur ki, bu gözlənti ilə yaşayırıq və bu, imperiya siyasətidir, bu, anti-erməni siyasətdir ki, sakitləşməyin, tezliklə qayıdacaqsınız və ya qaytaracağıq, tezliklə “soyqırımı” (qondarma-red.) beynəlxalq səviyyədə tanınacaq, tezliklə Van, Muş, Kilikiyaya qayıdacaqsınız və s.
Bu siyasətin iki məqsədi var: birincisi erməni xalqını qürbətçi düşüncəsində saxlamaq, ikincisi isə Ermənistanın dövlət kimi formalaşmasına imkan verməməkdir. Çünki hakim sosial-psixoloji mühit qürbətçi düşüncəsi olan ölkə... yəni harasa getməliyik, bu yer qalacağımız yer deyil, belə dövlət formalaşa bilməz”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az