Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, maliyyə paketi iki komponentdən ibarətdir: 90 milyon avro birbaşa büdcə dəstəyi, 53 milyon avro isə Ermənistanın institusional potensialının artırılması üçün texniki yardım.
Qeyd edilir ki, bu vəsaitlər dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsinə, Ermənistan ixracının şaxələndirilməsinə, viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa, qanunun aliliyinin təmin edilməsinə, habelə məşğulluq və sosial inteqrasiya sahələrinə yönəldiləcək.
Alpər Mövludoğlu
Ordu.az