“The Wall Street Journal”: İranda yaxın vaxtlarda quru əməliyyatları başlaya bilər

2026/03/1774507194.jpg
Oxunub: 493     10:38     26 Mart 2026    
İranda quru əməliyyatlarının yaxın vaxtlarda başlaya biləcəyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın müxbiri Aleks Uord məlumat yayıb.

“Konqresdə ən azı üç respublikaçı, o cümlədən Nümayəndələr Palatası və Senatın silahlı qüvvələr komitələrinin sədrləri açıq şəkildə bildirirlər ki, İranda quru əməliyyatı planlaşdırılır və bu, yaxın vaxtlarda başlaya bilər”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə zərbələr endirir ki, bu da dağıntılara və insan tələfatına səbəb olub. Buna cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir. ABŞ və İsrailin zərbələri nəticəsində İranın Ali rəhbəri ayətullah Əli Seyid Xameneyi və digər yüksək vəzifəli şəxslər də həlak olub.

Martın 2-də “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulub. İsrail isə bu hərəkat əleyhinə hücum əməliyyatına başladığını elan edərək Cənubi Livana daxil olub.

Martın 23-də ABŞ prezidenti Donald Tramp İranla danışıqların davam edəcəyini (bir həftə ərzində) bildirib və hərbi zərbələrin 5 gün təxirə salındığını qeyd edib. Eyni zamanda İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin