İrəvanda təxminən 20 ünvanda axtarışlar aparılır

2026/03/1774507117.jpg
Oxunub: 389     10:34     26 Mart 2026    
Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Polisi əməkdaşları İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə İrəvanın təxminən 20 ünvanında axtarışlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatlara görə, ünvanların əksəriyyətində axtarışlar artıq başa çatıb, hazırda yalnız bir neçə ünvanda davam edir.

Əməliyyatların məqsədi və digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Ermənistan  


Bizi "telegram"da izləyin