Ermənistan KİV-i: Hamı səs toplamağa səfərbər edilib, MN-də qulluq edən köç etmiş şəxslər qarşısında şərt qoyulub

2026/03/1774506077.jpg
Oxunub: 429     10:20     26 Mart 2026    
Ermənistan müdafiə naziri Suren Papikyan aktiv siyasi fəaliyyətlə məşğuldur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, o, hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün səs toplamaqla məşğuldur.

“Məlum olur ki, (Qarabağdan könüllü şəkildə-red.) köçdən sonra orduda xidmətə başlayan və guya hakimiyyətin xoş niyyətinin göstəricisi kimi sürətli qaydada Ermənistan vətəndaşlığı alaraq Müdafiə Nazirliyində işlə təmin olunan şəxslərin ailə üzvlərinin bir hissəsi hələ də Ermənistan vətəndaşlığı almayıb.

Mənbələrimiz bildirir ki, hazırda belə hərbçilər çağırılaraq sorğu-sual olunur və əgər onların ailə üzvləri hələ də Ermənistan vətəndaşı deyilsə, həmin şəxsin vəzifədən azad ediləcəyi bildirilir. Qarabağdan köç etmiş şəxslərə qarşı bu növbəti kampaniyanın səbəbi ilə bağlı mənbəmizin öz versiyası var.

Onun fikrincə, Papikyana elə gəlir ki, Müdafiə Nazirliyində işləyənlər artıq “öz adamlarına” çevriliblər, dövlətdən maaş alırlar və onların ailələri də elektorat hesab olunur. Buna görə də onları vətəndaşlıq məsələsini təcili həll etməyə təşviq edirlər ki, seçkilərdə iştirak edib hakim partiyaya səs versinlər. Lakin bizə bildirilib ki, ailələri müraciət etsə də, aylarla vətəndaşlıq ala bilməyənlər də az deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin