“Hraparak”: Paşinyanın partiyasında ciddi şübhələr var, tərəddüd içindədirlər

2026/03/1774505447.jpg
Oxunub: 406     10:10     26 Mart 2026    
“Vətəndaş Müqaviləsi” partiyasının aparatından seçki siyahısına daxil ediləcək namizədlərə bildirilib ki, deputatlığa namizədlik üçün tələb olunan sənədləri partiyanın mərkəzi ofisinə təqdim etsinlər ki, Mərkəzi Seçki Komissiyasına müraciət üçün paketlər hazırlanmağa başlansın.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Bizə bildirilib ki, siyahının 100-cü yerindən aşağıda olanların çoxu tərəddüd edir ki, müraciət etsinlər, yoxsa yox.

Məsələ ondadır ki, hakim partiya daxilində ciddi şübhələr var ki, iyun seçkilərində çoxluq qazana bilməyəcəklər və deputat mandatı əldə etmək ehtimalı zəifdir. Buna görə də siyahıya daxil olmağın məqsədəuyğun olub-olmadığını düşünürlər”, - deyə nəşr bildirib.

KİV-in yazdığına görə, üstəlik, söhbət bəzi hazırkı deputatlardan gedir və onların yaxınları onları sənədləri təqdim etməyə razı salmağa çalışır ki, mümkün problemlərdən uzaq olsunlar və Paşinyan onlara qarşı da təqiblərə başlamasın.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin