“Hraparak”: Günah Avinyandadır, Paşinyan tam “çaşqın” vəziyyətdədir

2026/03/1774503118.jpg
Oxunub: 379     09:33     26 Mart 2026    
“Bizim “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrimiz bildirir ki, Nikol Paşinyan İrəvanda keçirilən son kampaniyadan sonra tam “çaşqın” vəziyyətə düşüb və vətəndaşların açıq boykotu və mənfi münasibəti ilə üzləşdikdən sonra komandada indi növbəti addımlar müzakirə olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, xüsusilə də günahı İrəvan meri Tiqran Avinyanın üzərinə atmaq variantı nəzərdən keçirilir, guya İrəvanın onları rədd etməsi məhz onun zəif fəaliyyətinin nəticəsidir.

“Əvvəldən qərara alınmışdı ki, İrəvanda “şən avtobus” aksiyası keçirilməyəcək. Çünki anlayırdılar ki, yerli sakinlərlə işləmək çətin olacaq. Hətta Kotaykdan qayıdarkən bəzi partiya üzvləri əlavə olaraq növbəti günün planlarını dəqiqləşdiriblər və onlara bildirilib ki, kampaniya bu həftə üçün artıq başa çatıb. Yalnız gecə saatlarında partiya üzvlərinə məlumat verilib ki, səhər saat 09:30-dan etibarən İrəvanda gəzintilər olacaq.

Qeyd edək ki, İrəvan üzrə keçirilən bu kampaniyada bütün heyət iştirak etməyib. Bu da göstərir ki, tədbir əvvəlcədən planlaşdırılmayıb və bir çoxları bölgələrdə olduqları üçün bu uğursuz aksiyada iştirakdan yayınmış olublar. Məlumata görə, partiyadaxili seçkilərin ikinci mərhələsindən sonra da hakim partiya üzvləri görüşlərini davam etdirəcəklər. Xüsusilə İrəvanda görüşlərin təşkili qərara alınıb ki, aşağı düşmüş reytinqlərini yaxşılaşdırsınlar. Lakin bunun hansı formatda həyata keçiriləcəyi hələlik məlum deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avinyan   Paşinyan  


Bizi "telegram"da izləyin