Papikyan: “Digər ölkə vətəndaşı olan uşaqları olan əməkdaşları işdən azad etmişəm”

2026/03/Ekran-1774005254.jpg
Oxunub: 404     19:22     25 Mart 2026    
“Fərarilik hadisəsinə münasibətim səbəblərdən asılı olmayaraq mənfi olaraq qalır”.

Ordu.az xəbər verir ki, bunu bu gün hökumətlə sual-cavab zamanı Ermənistanın müdafiə naziri Suren Papikyan deputatların suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, uşaqları başqa ölkələrin vətəndaşı olan əməkdaşları vəzifədən azad edib.

“Lakin elələri də var idi ki, səhvlərini anladılar və etiraf etdilər. Onların uşaqları artıq Ermənistan vətəndaşıdır. Onlar ya artıq hərbi xidmətə çağırılıblar, ya da yaxın zamanda çağırılacaqlar”, - deyə Papikyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Ermənistan  


Bizi "telegram"da izləyin