Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı ölkənin Baş naziri Nikol Paşinyan deyib.
“İnsanları 30 il qeyri-müəyyənlik şəraitində saxlamaq, normal təhsil sistemi qurmamaq və sair. Onlar Qarabağa ciddi yanaşıblarmı? Xeyr. Mən sual vermişəm ki, Qarabağdan neçə nəfər “dövlət hesabına” aparıcı universitetlərdə təhsil alıb və geri qayıdıb? Barmaqla sayılacaq qədərdir və onlar da əsasən şəxsi əlaqələr hesabına, belə desək, seçilmiş ailələrin nümayəndələridir.
Deməliyik ki, “Qarabağ xalqı”nı girov vəziyyətində saxlayanlar elə həmin insanlardır ki, mən onları ümumi şəkildə “qaçanlar” adlandırıram.
Xatırlayırsınızmı, bir dəfə burada tribunadan bəzi generallar barədə danışarkən demişdim ki, “qorxaq xainlərdir”. Bəli, qorxaq xainlər və qaçan elitlər bu tarixdə Ermənistan dövlətçiliyini və Ermənistanla “Qarabağ xalqı”nı girov saxlayanlar kimi öz qiymətlərini almalıdırlar”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az