Mirzoyan: “Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır”

2026/03/1774254444.jpg
Oxunub: 469     18:58     25 Mart 2026    
“Bölgədəki gərgin vəziyyət fonunda Ermənistanla Azərbaycan arasındakı sülh artıq öz həyat qabiliyyətini sübut edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında bildirib.

“Sülhü o vaxta qədər qoruyub saxlamaq mümkündür ki, o, hər iki tərəf üçün faydalı olsun”, - deyə erməni nazir vurğulayıb.

Mirzoyanın sözlərinə görə, İrəvanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır ki, bu da uzunmüddətli sülhün qorunmasına töhfə verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin