Papikyan: “Mənim dövrümdə silahlanmaya əvvəlki iki prezidentin 20 ilindən 5,4 dəfə çox vəsait xərclənib”

2026/01/1768461230.jpg
Oxunub: 428     18:33     25 Mart 2026    
“Sülhdən danışdığımız zaman bəzi müxalif dairələr belə təəssürat yaratmağa çalışır ki, guya biz ordunu diqqətdən kənarda qoymuşuq və bu istiqamətdə heç nə etmirik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı hakim fraksiyanın deputatı Babken Tunyan bildirib.

O, Ermənistanın müdafiə naziri Suren Papikyanə müraciət edərək deyib: “Mövzunun həssas olduğunu başa düşürük və görülən işlərin hamısını açıqlamaq mümkün deyil. Amma heç olmasa rəqəmlərlə təqdim edə bilərsinizmi ki, hazırda silahlanma üzrə hansı maliyyələşmə mövcuddur və 2018-ci ildən əvvəlki dövrlə sonrakı dövr arasında müqayisə necədir?”.

Buna cavab olaraq Papikyan bildirib: “Belə təəssürat yaranır ki, müəyyən mərkəzdən eyni tapşırıq göndərilib və hamı təhlükəsizlik mövzusunu hədəf alır. Amma onları məyus etməliyəm, çünki reallıq onların təsəvvürlərindən xeyli fərqlidir. Onlarda bizim zəif yerimizi tapdıqları ilə bağlı ümid yaranmasının səbəbi bizim təvazökarlığımız və sahənin məxfi olmasıdır.

Mütləq rəqəmlər səsləndirmədən ümumi mənzərəni deyim: 1998-2018-ci illərdə, yəni iki prezidentin 20 illik hakimiyyəti dövründə orduya ayrılan vəsait 2022-2025-ci illərlə müqayisədə 5,4 dəfə az olub. Əgər 2018-dən sonrakı dövrü tam hesablasaq, bu fərq daha da böyük olar.

Yəni mənim vəzifədə olduğum dövrdə yalnız silahlanma və hərbi texnika alınmasına əvvəlki iki prezidentin dövründən 5,4 dəfə çox vəsait xərclənib.

Buna görə də, hörmətli həmkarlar və sizə istiqamət verənlər, rəqəmlərə baxın, özünüzə sual verin, nə ilə məşğul idiniz, indi nə ilə məşğulsunuz və susun”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Ermənistan  


Bizi "telegram"da izləyin