Ermənistan Baş naziri: “Özümüzə imkan vermişik ki, başqalarına qarşı istifadə olunaq və buna “zəmanətçi” adı verək”

2026/03/1773311508.jpg
Oxunub: 397     18:28     25 Mart 2026    
“Mən xatırlatmaq istəyirəm ki, 2020-ci ildə mənə qarşı çox ciddi ittihamlar var idi ki, guya ictimaiyyəti açıq təhlükələr barədə xəbərdar etməmişəm. Mən bu ittihamdan və səhvdən nəticə çıxarmışam”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı ölkənin Baş naziri Nikol Paşinyan deyib.

O, müxalifətin onu seçkilərdə “Vətəndaş Müqaviləsi” qalib gəlməsə, xalqı müharibə ilə hədələməkdə ittiham etməsinə toxunaraq deyib: “İkincisi, biz çox sadə bir şey deyirik: bu seçkilərdə xalq qərar verməlidir, “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) davam edirmi, yoxsa etmir. Bu gün “Vətəndaş Müqaviləsi” olaraq biz yeganə siyasi qüvvəyik ki, siyasi çoxluq kimi “Qarabağ hərəkatı”nı davam etdirməmək qərarını vermişik. Digər bütün qüvvələr isə deyir ki, davam etdirəcəklər və bunu xalq müəyyən etməlidir.

Əgər qərar verilsə ki, “Qarabağ hərəkatı” davam edir, bu, müharibə deməkdir, çünki “Qarabağ hərəkatı” müharibədir. Əgər qərar sülhdürsə, deməli, “Qarabağ hərəkatı”nı davam etdirmirik. Bu, çox sadə seçimdir və biz bunu insanlarla müzakirə etməliyik”,- deyə o bildirib.

Paşinyan Müstəqillik Bəyannaməsinə də toxunaraq deyib: “Müstəqillik Bəyannaməsi əslində münaqişə və asılılıq bəyannaməsidir. Çünki əgər sən bütün qonşularınla münaqişə məntiqini müstəqillik sənədinin əsasına qoyursansa, bu, sənin mühitində xarici yardım olmadan yaşamağı mümkünsüz edir və nəticədə kimdən kömək alırsansa, ondan getdikcə daha çox asılı olursan.

Biz hamımız siyasətlə məşğul olan insanlar kimi “Qarabağ hərəkatı”ndan çıxmışıq. Amma əgər biz gerçəkliklə üzləşməsək və dəyişməsək, tariximiz də dəyişməyəcək.

Bu gün də yeni bir anlayış ortaya atıblar: “zəmanətçi”. Biz artıq “zəmanətçi” görmüşük. Gəlin 1850-ci illərə, San-Stefano müqaviləsi və sonrakı böyük dövlətlərin iştirakı ilə aparılan proseslərə baxaq. Biz anlamırıq ki, başımıza gələn bütün tarixi faciələrin səbəbi odur ki, biz özümüzə imkan vermişik ki, başqalarına qarşı istifadə olunaq və buna “zəmanətçi” adı verək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin