Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı ölkənin Baş naziri Nikol Paşinyan deputatların suallarını cavablandırarkən bildirib.
Paşinyanın sözlərinə görə, o, belə qənaətə son bir ay ərzində xalqla keçirdiyi görüşlərin nəticələrinə əsasən gəlib.
Paşinyan qeyd edib ki, xalqın minillik axtarışlardan sonra məqsədinə çatmağa 5 dəqiqə qalmış inkişaf yolundan kəskin şəkildə yayınaraq yenidən “sağ qalma gündəliyinə” qayıdacağına inanmaq çətindir. Onun sözlərinə görə, bu, tarixi baxımdan mümkün deyil.
Ermənistanın Baş naziri bir daha vurğulayıb ki, Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” fraksiyası erməni xalqının sülh gündəliyinin həyata keçirilməsinə zəmanət verən yeganə siyasi qüvvədir.
Onun fikrincə, digər bütün siyasi qüvvələr sülhün yenidən nəzərdən keçirilməsinin tərəfdarıdır ki, bu da qaçılmaz olaraq yeni müharibəyə gətirib çıxaracaq.
Alpər Mövludoğlu
Ordu.az