Ermənistan KİV-i: Hakimiyyət özünü sığortalamağa çalışır

2026/03/1773809580.jpg
Oxunub: 431     13:52     26 Mart 2026    
Bəzi məlumatlara görə, Ermənistan hakimiyyəti qərbyönlü qüvvələrin seçkilərdə vahid blok şəklində iştirak etməsi üçün ciddi səylər göstərir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr bildirir ki, xüsusilə Aram Sarkisyan və Qurgen Simoniyanın əməkdaşlığında maraqlıdırlar və bu birliyə Arman Babacanyanın rəhbərliyi ilə digər qüvvələrin də qoşula biləcəyi istisna edilmir. Bu halda hesab edirlər ki, onlar seçki baryerini keçə biləcəklər və “Vətəndaş Müqaviləsi” partiyası da seçkilərdən sonra koalisiya məsələsində özünü sığortalaya biləcək.

“Lakin indiyədək Aram Zaveniçi bu birliyə razı salmaq mümkün olmayıb. O, təkbaşına da 4 faizlik baryeri keçəcəyinə əmindir və birləşməyə qarşı çıxır. Hətta belə bir vəd də təsir göstərmir ki, blok şəklində iştirak edəcəkləri təqdirdə Qərb tərəfindən böyük maliyyə dəstəyi veriləcək. Mənbənin sözlərinə görə, Zaveniç uğuru heç kimlə bölüşmək istəmir.

Məlumata görə, Arman Babacanyanın ətrafında vətəndaş cəmiyyətinin bəzi nümayəndələrini birləşdirməyə və geniş konsolidasiya görüntüsü yaratmağa çalışacaqlar”, - deyə KİV qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin