Erməni siyasi xadim: “Ermənistanda narkomaniyanın yayılması artıq milli təhlükəsizlik məsələsidir”

2025/09/1757400303.jpg
Oxunub: 407     17:17     26 Mart 2026    
“Ermənistanda narkomaniyanın yayılması son illərdə ciddi narahatlıq mövzusuna çevrilib. Daha ağrılı məqam odur ki, narkomaniya xüsusilə gənclər və yeniyetmələr arasında böyük miqyas alır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Yaşanılası Ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan sosial şəbəkə hesabında yazıb.

Arakelyan bildirib ki, narkomaniya sadəcə fərdi seçim məsələsi deyil, həm də ictimai sağlamlıq və milli təhlükəsizlik problemidir.

“Dövlət bu bəlanın dərinləşməsinin qarşısını almaq üçün profilaktik maarifləndirici proqramları, psixoloji dəstəyi və aydın hüquqi mexanizmləri uzlaşdırmalıdır”, - deyə o qeyd edib.

Arakelyanın sözlərinə görə, paralel şəkildə xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi məsələsi də gündəmə gətirilməlidir.

“Qanunvericiliyin sərtləşdirilməsi, ilk növbədə, yayanlara və bu işi təşkil edənlərə qarşı yönəlməlidir ki, gənclər üçün narkotik vasitələrin əlçatanlığı azaldılsın. Gənclərə yalnız cəza və qadağa dili ilə yanaşmaq düzgün deyil və bu sahədə maarifləndirmə ilə yanaşı, bərpaedici dəstək mexanizmləri də təklif olunmalıdır.

Gənclərə maarifləndirmə, reabilitasiya dəstəyi və sağlam alternativlər təqdim olunmalıdır. Yalnız bu halda problemin dərinləşməsinin qarşısını almaq mümkün olacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan  


Bizi "telegram"da izləyin