“Past”: Paşinyan seçkilərlə bağlı iddialı bəyanatlarla diqqət çəkir

2026/03/1773688082.jpg
Oxunub: 426     16:57     26 Mart 2026    
Nikol Paşinyan Şirak vilayətində tərəfdarları ilə görüşündə qarşıdakı parlament seçkilərində “Vətəndaş Müqaviləsi”nin hədəfinin 65 faiz olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan seçkilərlə bağlı iddialı bəyanatlarla diqqət çəkir” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd edilir ki, Paşinyan parlament seçkilərinin nəticələrini “inqilab 3” kimi təqdim edib.

“Biz 2018-ci ildə seçkilərlə daxili siyasi inqilab etdik, 2021-ci il seçkilərində xalq bizi sosial-psixoloji və düşüncə inqilabına apardı, 2026-cı il 7 iyun seçkilərində isə tarixi-siyasi inqilaba nail olacağıq ki, bu da Ermənistan xalqını sağ qalma siyasəti dövründən çıxarıb inkişaf gündəminin relslərinə qoyacaq”, - deyə Paşinyan bildirib.

Nəşr qeyd edir ki, Paşinyan Gümrüdə 2018-ci ildə inqilab olmadığını da xatırladıb və orada “İnqilab 1” olacağını söyləyib.

“Beynəlxalq Respublikaçılar İnstitutunun son sorğusuna əsasən, əgər parlament seçkiləri bu bazar keçirilsəydi, “Vətəndaş Müqaviləsi”nə seçicilərin 24 faizi səs verərdi. 65 faizlə bağlı bəyanat verən Paşinyan əslində seçkilərin saxtalaşdırılması üçün zəmin yaradır.

Paşinyanın elan etdiyi yüksək faiz göstəricisi seçkiöncəsi siyasi proseslərlə bağlı müxtəlif ehtimallara səbəb olur”, - deyə “Past” yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Seçki  


Bizi "telegram"da izləyin