Rusiya XİN: Lavrov və Rubio Rusiya-ABŞ əlaqələrinin davam etdirilməsini müzakirə ediblər

2025/04/1744129447.jpg
Oxunub: 473     17:11     17 May 2025    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefon vasitəsilə Rusiya-ABŞ əlaqələrinin davam etdirilməsini müzakirə ediblər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"Söhbət zamanı həmçinin bir sıra digər beynəlxalq və regional problemlər də müzakirə olunub. Tərəflər Rusiya-ABŞ əlaqələrinin davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rubio  


Bizi "telegram"da izləyin