Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
ASELSAN-ın dərc etdiyi 2024-cü il Fəaliyyət Hesabatının “Hava və Raketdən Müdafiə Sistemləri Texnologiyaları” bölməsində yük maşınına inteqrasiya olunmuş tək silahlı “Korkut 100/35 SB” Çoxməqsədli Silah Sisteminin Asiya-Sakit Okean regionunda bir ölkəyə ixracı üçün 2024-cü ildə müqavilə imzalandığı açıqlanıb.
Bu ixracla ASELSAN daha əvvəl “Gökdeniz” sistemini Filippin Hərbi Dəniz Qüvvələrinə təqdim etdikdən sonra, bu dəfə eyni bölgədə yerləşən bir ölkəyə quru əsaslı “Korkut” hava müdafiə sistemini ixrac edib.
Hesabatda “Korkut 140/35”in 8x8 taktiki təkərli vasitə versiyasının inkişaf prosesinin tamamlandığı və sistemin beynəlxalq istifadəçilərə təqdim edildiyi bildirilib.
Hesabatın “Quru və Silah Sistemləri Texnologiyaları” bölməsində isə “Alkar 100/81” Minaatan Sistemi haqqında qeyd edilib: “Şərqi Avropa regionunda bir ölkənin ehtiyaclarını qarşılamaq məqsədilə “Alkar 100/81” Minaatan Sistemini təmin etmək üçün avtomobil istehsalçısı ilə müqavilə imzalanıb”.
Sevinc Əliyeva
Ordu.az