Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Ötən il Türkiyədə 10186 müraciət edildiyi halda, qeydə alınmış patentlərin sayı 3390 olub.
“Patent Effect” tərəfindən hazırlanan və Türkiyədəki işlərə işıq tutan hesabatda müdafiə və aviasiya 3 min 522 patentlə sektorda əhəmiyyətli bir yerə çatıb. Reytinqdə birinci yeri Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tutub.
Müdafiə və aviasiya sektorunda patent müraciətlərinin sayı 2023-cü ilə nisbətən ötən il 19 faiz artıb. Son 5 ildə isə artım nisbəti 50 faizə çatıb.
Sıralamada TUSAŞ 198 ilə birinci, ASELSAN 175 ilə ikinci, “Bahtiyar Av Malzemeleri” isə 79 ilə üçüncü olub.
Sektor üçün texnologiya inkişaf etdirən universitetlər arasında İstanbul İnkişaf Universiteti 23 ilə birinci, TÜBİTAK 22 ilə ikinci, Qaziantep Universiteti 18 ilə üçüncü olub.
2024-cü ildə Türkiyədə şirkətlər, universitetlər, sahibkarlar və ya fərdi ixtiraçılar tərəfindən edilən patent müraciətlərinin ümumi sayı 10.186 olarkən, SAMSUNG tərəfindən təkcə ABŞ-də 2024-cü ildə qeydə alınan patentlərin sayı 6.337 olub.
Bu müqayisə göstərir ki, Türkiyə patentlər vasitəsilə rəqabət üstünlüyü təmin edə biləcək innovativ texnologiyaların inkişafında sıçrayışlar etməlidir.
Sevinc Əliyeva
Ordu.az