Çin metanla işləyən “Zhuque-2E Y2” daşıyıcı raketini uğurla buraxıb

2025/05/1747481286.jpg
Oxunub: 622     17:59     17 May 2025    
Çində yerləşən “LandSpace Technology” şirkəti şənbə günü metanla işləyən “Zhuque-2E Y2” daşıyıcı raketini uğurla buraxıb.

Ordu.az xəbər verir ki, raket Çinin şimal-qərbindəki “Jiuquan” peyk buraxılış mərkəzindən saat 12:12-də (0412 GMT) orbitə göndərilib.

Şirkətin açıqlamasına görə, bu, “Zhuque-2” seriyasının beşinci uçuşu olub.

Buraxılış Çin şirkəti “Spacety” (“Changsha Tianyi” Kosmik Elm və Texnologiya Tədqiqat İnstitutu) tərəfindən hazırlanmış altı peyki orbitə göndərib.

İnstitutun vitse-prezidenti Li Xiaominq izah edib ki, faydalı yük bir radar peyki, iki multispektral peyk və elmi təcrübələr üçün üç kiçik peykdən ibarətdir. Peyklərin çəkisi 20 ilə 300 kq arasında dəyişir.

Linin sözlərinə görə, elmi tədqiqat peykləri Çinin dərin kosmik tədqiqat layihələrinə töhfə verəcək. Multispektral peyklərdən ətraf mühitin müşahidəsi və faydalı qazıntıların kəşfiyyatında istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Zhuque-2E-Y2  


Bizi "telegram"da izləyin