Türkiyə MSK təsdiq etdi: “Barkan” kütləvi istehsala keçir

2025/05/1747481234.jpg
Oxunub: 636     17:41     17 May 2025    
HAVELSAN-ın 2023-cü ildə inventara daxil olan orta sinfə məxsus birinci səviyyəli insansız quru platforması “Barkan” Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) qərarı ilə kütləvi istehsal mərhələsinə keçir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

HAVELSAN-ın verdiyi açıqlamaya görə, “Barkan”ın 2023-cü ildən etibarən sahədə istifadəsi nəticəsində əldə edilən rəylərlə platformanın əməliyyat qabiliyyəti artırılıb.

Real əməliyyat sahələrində sınaqdan keçirilən “Barkan” müxtəlif missiyalarda uğurlu nəticələr əldə edib. Layihə komandası genişləndirilib və subpodratçılar prosesə daxil edilib.

Türkiyə MSK tərəfindən qəbul edilən kütləvi istehsal qərarı HAVELSAN-a bildirildikdən sonra layihə üçün mühəndislik potensialını artırmaq üçün komanda genişləndirilib. HAVELSAN istehsal tələblərinə tez cavab vermək üçün yeni və səlahiyyətli subpodratçı şirkətləri öz ekosisteminə daxil edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Barkan  


Bizi "telegram"da izləyin