Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İspaniya müdafiə sənayesi istehsalçısı “EM&E Group” tərəfindən verilən məlumata görə, sistem mürəkkəb ərazilərdə “yüksək intensivlikli əməliyyatlar” üçün modul arxitektura və partlayışdan mühafizə ilə dizayn edilib.
Platforma adi və asimmetrik döyüşlərdə döyüşçülərin atəş gücünü, hərəkətliliyini, situasiya məlumatlılığını və uyğunlaşma qabiliyyətini optimallaşdırmaq üçün müasir komponentləri ehtiva edir.
“Ferox”un təqdimatı EM&E-nin Əbu-Dabidə yerləşən dövlət şirkəti “EDGE Group” ilə tərəfdaşlığından sonra avtomobilin İspaniyada rəsmi istehsalına başlanması ilə eyni vaxtda reallaşıb.
Sevinc Əliyeva
Ordu.az