Çinin yeni cihazı ABŞ-nin stels tipli təyyarələrini santimetr dəqiqliyi ilə aşkar edə bilir

2025/05/1747481140.jpg
Oxunub: 694     17:00     17 May 2025    
İddialara görə, Çin ABŞ-nin stels tipli təyyarələrini görünən hala gətirə biləcək texnologiya hazırlayıb.

Ordu.az xəbər verir ki, qiyməti 70.000 dollar olan cihaz LPI radar siqnallarını santimetr dəqiqliyi ilə aşkar edə bilir.

Çinli tədqiqatçılar ABŞ-nin stels tipli təyyarələrini aşkarlaya bilən innovativ və sərfəli cihaz hazırladıqlarını açıqlayıblar.

İddialara görə, qiyməti 70 min dollardan aşağı olan bu cihaz kommersiya telekommunikasiya spektri analiz cihazının peşəkar şəkildə modifikasiya edilməsi ilə yaradılıb.

Sözügedən texnologiya hətta LPI (Low Probability of Intercept) radarlarının yaydığı zəif siqnalları belə müəyyən edə və mənbənin yerini santimetr dəqiqliyi ilə təyin edə bilir.

LPI radarlarını aşkar etmək olduqca çətindir. Güclü və asanlıqla aşkar edilə bilən siqnallar əvəzinə onlar tezliyi daim dəyişən və səs-küyü xatırladan zəif dalğalar yayırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin