Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər əlumat yayıb.
Bu həftə yayımlanan fotoşəkillər göstərir ki, 4.5 nəsil çoxməqsədli döyüş təyyarənin ilk kütləvi istehsal versiyası rəvan şəkildə irəliləyir.
Cənubi Koreya mətbuatının məlumatına görə, hazırda 12 KF-21-in montajı davam edir. İyun ayında əlavə 20 reaktiv təyyarə üçün ikinci istehsal müqaviləsinin imzalanması gözlənilir.
“Korea Aerospace Industries” (KAI) istehsal cədvəlinin planlaşdırıldığı kimi irəlilədiyini və təyyarələrin Cənubi Koreya Hərbi Hava Qüvvələrinin (ROKAF) tələb etdiyi əməliyyat standartlarına cavab verməsini təmin etmək üçün keyfiyyət təminatına diqqət yetirdiklərini bildirib.
“KF-21 Boramae” Cənubi Koreyanın köhnəlmiş F-4, F-5 parklarını əvəz etmək və onun F-35 inventarını tamamlamaq üçün hazırlanıb.
2032-ci ilə qədər ümumilikdə 120 KF-21-in istehsalı planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az